19 Mayıs 2012 Cumartesi

Biz eyni deyilik



Əslində bu ölkədə kimə mavi desən ağlına gələn ilk şey kablok və arvad paltarı geyinən və Tblisi Prospekti boyu aşağı yuxarı öz müjdəsiçisini axtaran biri ağla gəlir. Amma, normal adamlar kimi özüm özümə cavabdeh olduğum kimi onu deyə bilərəm ki, bu heçdə belə deyil. Düzü mavi olsamda həyatda qadın paltarı geyinən kişilərə və transgenderlərə qarşı normal baxış açım olmayıbdı. Hal hazırda 18 yaşım olsada düzü nə bir cinsi əlaqədə nə də bir həmcinsimlə sevgi yaşamamışam. Birincisi bəxtim gətirmir. İkincisidə ki, Azərbaycanlıları ancağ yatağ həyatı düşündürür. Düzü mavi olsamda özümə qəbullanmamağım var. Dinlə, xoşbəxtlik arasında qalmışam. İnsanların və ya ailəmin məni rədd edib etməməsi məni heç düşündürmür. Sadəcə Allah qarşısında edə biləcəyim günahdan qorxuram vəssalam. Burda deyə bilərsizki, hə din yolunu seç, Namaz qıl. Amma, inanın mənə çətindi. Çətin olan oduki siz yenədə özünüz olub xoşbəxtçiliyi az da olsa görürsüz. Amma, mən özüm ola bilmirəm. Həmişə ayrı adam, sanki mariyanetka kimiyəm. Və bu da çox çətindi. İlk öncə qıraxdakıların adi xoşbəxçiliyinə qısqanırsan, sonra tənhalığ səni sıxır, sonra kiməsə ürəyivi boşaldası sevdiyin birinin olmamasını