5 Temmuz 2012 Perşembe

Dediyim kimi...

vira vira
@Teker_Man -a həsr olunur :)


...bəzi mavilərdən məni fərqləndirən yeganə cəhəd buna qəbul olunmamağım, və elədə axtarışa çıxmamağımdı. Soruşa bilərsiz ki, bəs belə xoşbəxtsən? Bəs necə özün kimi olmadan yaşayırsan? Bəx xoşbəxtlik səni azda marağlandırmır? Desəmki yoo hər şey rahatdı. Özümü əla hiss edirəm. Yalan olar. Təbiiki, çətindi istəmədiyin kimi yaşamağ, amma, ŞÜKÜRLƏR OLSUN ALLAH heç bu şeyləri yadıma salmırda. Bu aralar məhlədəki uşağlardan heçdə bəxtim gətirmir. Onlara mavi olduğumu dedikdə məndən uzağlaşırdılar, soyuyurdular. Düzdü onlara heçnə deyə bilmərəm və mən özümü tam əmin etmişəmki həyatda çox adam məni qəbul etməyəcək. Ona görə ümüdüm yalnız Allahadır. Elədə oldu, önümə çıxanlar yeni dostlar, əsasəndə kod adı Təkər =D. Məni həyatda qıranlardan olmadı. İlk dəfə ona mavi olduğumu deyəndə gülərək "Nəəəəə bu idi qorxduğun? Məncə sən əsl düzgün yolda olan birisisən, bax başqaları kimi deyilsən, özündə bilirsən eyibində yoxdu. Həyat ağrılı, acılı, dərdli olmasaydı cənnətə ehtiyac olarmıydı? Təbiikidə yox" Üzünə demək olmasın amma, bu insan mənə ilk gündən kömək etdi. Sirrimi özündə saxladı və söz verdiki mənim kimi düzgün yolunda olan hər bir mavinin tərəfini tutacağ. Bəlkədə çox adam onun bu fikrini düzgün başa düşməz, amma, düzgün yolda olan bir insana sual verim. Əgər düz yolda olan birisinin tərəfini tutmasan özünü necə hiss edərsən? Mən düşmənimdə olsa haqqlı olduğu qədər, onunla olaram. Hətta mənə çox acılar verən birisi də olsa. Bilirsiz nəyə sevinirəm, məhs bax bu Təkərlə, həmişə girmək istədiyim yerə Məscidə girdim, heç hiss etmədiyim bir yüngüllük hiss etdim. Əvəzində ona heçnə edə bilmədim. Amma, bilirəmki, Allah onun etdiyi yaxşılığın cavabını yeedə qoymaz. Və sevinirəmki belə insanlar önümə çıxır