19 Mayıs 2012 Cumartesi

Biz eyni deyilik



Əslində bu ölkədə kimə mavi desən ağlına gələn ilk şey kablok və arvad paltarı geyinən və Tblisi Prospekti boyu aşağı yuxarı öz müjdəsiçisini axtaran biri ağla gəlir. Amma, normal adamlar kimi özüm özümə cavabdeh olduğum kimi onu deyə bilərəm ki, bu heçdə belə deyil. Düzü mavi olsamda həyatda qadın paltarı geyinən kişilərə və transgenderlərə qarşı normal baxış açım olmayıbdı. Hal hazırda 18 yaşım olsada düzü nə bir cinsi əlaqədə nə də bir həmcinsimlə sevgi yaşamamışam. Birincisi bəxtim gətirmir. İkincisidə ki, Azərbaycanlıları ancağ yatağ həyatı düşündürür. Düzü mavi olsamda özümə qəbullanmamağım var. Dinlə, xoşbəxtlik arasında qalmışam. İnsanların və ya ailəmin məni rədd edib etməməsi məni heç düşündürmür. Sadəcə Allah qarşısında edə biləcəyim günahdan qorxuram vəssalam. Burda deyə bilərsizki, hə din yolunu seç, Namaz qıl. Amma, inanın mənə çətindi. Çətin olan oduki siz yenədə özünüz olub xoşbəxtçiliyi az da olsa görürsüz. Amma, mən özüm ola bilmirəm. Həmişə ayrı adam, sanki mariyanetka kimiyəm. Və bu da çox çətindi. İlk öncə qıraxdakıların adi xoşbəxçiliyinə qısqanırsan, sonra tənhalığ səni sıxır, sonra kiməsə ürəyivi boşaldası sevdiyin birinin olmamasını
görüb, ağlayırsan. Günümün sonu onsuzda elə keçir. Eləlik məni tanımayan insanların şəkki şübbəsinə rast gəlməmişəm necə deyərlər eləlik onların gözündə elə özləri kimiyəm. Sizin yaşayış tərzinizi pozmadığıma görə çöldə bacada oturada bilirəm. Düzü çölə o qədərdə çıxmıram, çünki, çöldə gördüyüm insanlara qarşı nəfsimi saxlaya bilmirəm hər baxdığım adama qarşı nəfsim oyanır. Ona görədə normal həyatım bu alqortimlə keçir evdən, kollecə kitabla, metroda kitabla, dərsdə kitabla, tənəffüsdə sinifdə lom kimi qalarağ kitabla, və əksinəsi evə gedənə qədər kitabla. Bununla özümü sıxmış kimi oluram amma yenədə inanın mənə çox çətindi. İstədiyim yeganə şey bu həyatda ya tez ölməkdi, yada eləcə din tərəfindən bunun günah olunmamasıdır. Çünki sevginin günah olduğunu deyəndə hamı deyirki sevgi günah ola bilməz. Onda niyə bizdə günah olsun deyəndə isə bazara çönür? Bizdə sizin kimi sevirik. Yeri gəlsə sizlərin sevmədiklərinizi sevmirik. Nədə olsa buralıyığ. Bizdə bu həyatda azda olsa yaşayıb, bu həyatın azda olsa balacada olsa xoşbəxtliyini dadmağ istəyirik. Getdikcə suallar artır. Suallarada cavab tapmağ isə olmur.

Hiç yorum yok:

Yorum Gönder